Bakı-APA. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd törətməkdə şübhəli qismində saxlanılan şəxslərin birinin evində atəş açıldığı güman edilən “Naqan” markalı tapança aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan MTX-nın açıqlamasında bildirilir.
Xatırladaq ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan İrəvanın mərkəzində çiynindən güllə yarası alıb. Fakt üzrə cinayət işi açılıb. Cinayət işi üzrə istintaq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzarətindədir.
Qeyd edək ki, yanvarın 8-də Paruyr Ayrikyana sui-qəsd törətməkdə şübhəli şəxs qismində Xaçatur Poqosyan və Samvel Arutyunyan saxlanılıb.