Moskva. Fərid Əkbərov - APA. Aprelin 7-8-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək: "Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, habelə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətin qurulması müzakirə olunacaq".