Bank Of Baku

Ermənistanda “sükut günü” elan olunub

Ermənistanda “sükut günü” elan olunub
# 16 fevral 2013 22:59 (UTC +04:00)

Bakı-APA. Ermənistanda fevralın 16-dan 17-nə keçən gecə 18 fevralda keçiriləcək prezident seçkisi ilə əlaqədar “sükut günü” elan olunub. Ermənistan qanunvericiliyinə əsasən, ölkə ərazisində yanvarın 21-də start götürmüş seçkiqabağı təşviqat qadağan olunub. Namizədlərə seçki platformalarını və proqramlarını seçicilərə təqdim etmək üçün 28 gün vaxt verilmişdi.  

 

Dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Derj Sarqsyan, keçmiş baş nazir, “Azadlıq” Partiyasının lideri, deputat Hrant Baqratyan, keçmiş XİN rəhbəri “İrs” partiyasının idarə heyətinin sədri Raffi Ovanisyan, Milli Müqəddərat İttifaqının sədri Paruyr Ayrikyan, qondarma “DQR”-in keçmiş XİN rəhbəri Arman Melikyan, politoloq Andrias Qukasyan və alim eposşünas Vardan Sedrakyandır.  

 

Seçkilər istənilən halda baş tutmuş hesab olunacaq, çünki Ermənistanda seçkilərə gələn  seçicilərin sayına hər-hansı hədd nəzərdə tutulmayıb.  

 

Fevralın əvvəlində aparılmış ictimai sorğular Sarqsyanın seçkilərdə 58-69 faiz səs toplayaraq  qalib gələcəyini proqnozlaşdırıb.

 

Ermənistan Polisinin məlumatına görə, 1988 seçki məntəqələrində  2,505 milyon seçici qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR