Bank Of Baku

Ermənistanda Avetisyan ailəsinin qətli ilə bağlı məhkəmə-tibbi ekspertizanın nəticələri açıqlanıb

Ermənistanda Avetisyan ailəsinin qətli ilə bağlı məhkəmə-tibbi ekspertizanın nəticələri açıqlanıb
# 03 aprel 2015 13:03 (UTC +04:00)

Bakı – APA. Ermənistanda Avetisyan ailəsinin rus hərbçisi tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə-tibbi ekspertizanın nəticələri açıqlanıb.

 

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi ailənin 6 üzvünün güllə yarası, daha bir üzvü – körpə uşağın isə kəsici alətlə yetirilən xəsarətlər nəticəsində öldüyünü açıqlayıb.

 

İstintaq davam edir.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR