Bank Of Baku

Ermənistanda Baş Prokurorluğun binasını yandırmağa cəhd edən şəxs həbs olunub

Ermənistanda Baş Prokurorluğun binasını yandırmağa cəhd edən şəxs həbs olunub
# 10 iyul 2013 03:12 (UTC +04:00)

Bakı-APA. Ermənistanda Baş Prokurorluğun binasını yandırmağa cəhd edən 51 yaşlı Xaçatur Qaleçyan həbs olunub. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti açıqlama verib.

 

Məlumata görə, Qaleçyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 185.2 maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, iyulun 4-də qeyd olunan şəxs yanacaqla dolu qabla Baş Prokurorluğun əsas girişinə yaxınlaşıb və benzini qapıya tökərək binanı yandırmağa çalışıb. Qaleçyan dərhal saxlanılıb. Qaleçyanın bu addımı məhkəmənin ona məxsus olan torpaq sahəsinə dair çıxardığı ədalətsiz qərarla izah olunur. Bundan öncə o daha dinc aksiyalarla etirazını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR