Bank Of Baku

Ermənistanda bir nəfər prezidentliyə namizədliyini geri götürüb

Ermənistanda bir nəfər prezidentliyə namizədliyini geri götürüb
# 08 fevral 2013 19:24 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidentliyinə namizəd «Milli həmrəylik» partiyasının lideri Aram Arutyunyan namizədliyinin ləğv edilməsi barədə Mərkəzi seçki komissiyasına müraciət edib.

 

Ermənistan MSK bu gün keçirdiyi iclasda Aram Arutyunyanın prezidentliyə namizəd kimi qeydiyyatını ləğv edib. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir.

 

Son günlər Arutyunyan prezident seçkilərinin gedişindəki haqsızlıqlara etiraz olaraq MSK binasının qarşısında aclıq aksiyası keçirirdi.

 

A.Arutyunyan digər namizədlərə də analoji addım atmağı təklif edib. Onun fikrincə, prezident Serj Sarqsyan bu kampaniyada tək qalmalı və seçkilərin qanunsuzluğu sübut olunmalıdır.

 

Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Bu vəzifə uğrunda 7 nəfər mübarizə aparır. Bunlar hazırkı prezident Serj Sarqsyan, keçmiş baş nazir Qrant Baqratyan, keçmiş XİN başçısı Raffi Ovanisyan, «Milli özünüdərk» birlyii» partiyasının lideri Paruyr Ayrikyan, politoloq, «Radio Hay»ın rəhbəri Andrias Qukasyan, eposşünas Vardan Sedrakyan və qondarma «Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri» Arman Melikyandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR