Bakı. Ağa Cəfərli - APA. Bu gün İrəvanda - Prezident Administrasiyasının qarşısında övladlarını qeyri-döyüş şəraitində itirmiş valideynlər növbəti aksiya keçiriblər.
APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları polis zorakılığı ilə üzləşib. Əsgər analarına dəstək olmaq üçün aksiyaya gələn iki nəfər isə saxlanılıb.