Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Armenak Mkrtçyan adlı hərbi qulluqçu Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib. Ölümə kəskin miokard infarktı və kəskin ürək-damar çatışmazlığı səbəb olub. Fakt üzrə cinayət işi qaldırılıb.