Bank Of Baku

Ermənistanda etiraz aksiyalarına qatılan 80 nəfər saxlanılıb

Ermənistanda etiraz aksiyalarına qatılan 80 nəfər saxlanılıb
# 17 aprel 2018 15:02 (UTC +04:00)

Ermənistanda etiraz aksiyalarında iştirak edən 80 nəfər saxlanılıb.

 

APA-nın “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb. Saxlanılan şəxslər inzibati pozuntu törətməkdə təqsirləndirilir.

 

Eyni zamanda, bir qrup etirazçı hökumət binası qarşısındakı meydanda dinc aksiya keçirir. Onlar avtomobillərin hərəkətdə olduğu küçədə oturublar. Nəqliyyatin bu istiqamətdə hərəkəti dayandırılıb.

 

Qeyd edək ki, bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi və təsdiqlənməsi ilə bağlı xüsusi iclas keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR