Bank Of Baku

Ermənistanda keçirilən etiraz aksiyasında bıçaqlanma hadisəsi baş verib

Ermənistanda keçirilən etiraz aksiyasında bıçaqlanma hadisəsi baş verib
# 29 mart 2015 08:19 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Martın 28-də Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyası zamanı insident yaşanıb.

 

APA-nın Ermənistanın "tert.am" saytına istinadən verdiyi məlumata görə, "Təsisedici parlament" təşkilatının keçirdiyi mitinqdə qurumun üzvlərindən biri Qraç Mirzoyan naməlum şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan Mirzoyan əməliyyat edilib və dalağı çıxarılıb.

 

Hadisə mitinqdə təxribat törədilməsinə cəhd edən şəxslərin oradan qovulması zamanı baş verib.

 

Qeyd edək ki, mitinqdə Ermənistan hakimiyyətinin ünvanına ciddi ittihamlar səsləndirilib. "Təsisedici parlament" təşkilatının nümayəndəsi Qaregin Çuqaszyan bildirib ki, bu gün Ermənistanda cəmi  2 milyon əhali yaşayır: “Halbuki əvvəllər Ermənistanın 4 milyon əhalisi var idi. İndi isə 6 milyon olmalı idi. Ölkə boşalıb, ciblər boşalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR