Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Ermənistanda Vanadzor kimyəvi zavodunda partlayış baş verib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, nəticədə bir nəfər həlak olub.
Xilasedicilər partlayışın ammoniumun emalı sexində baş verdiyini dəqiqləşdiriblər.