Bank Of Baku

Ermənistanda prezident seçkiləri kampaniyasına start verilib

Ermənistanda prezident seçkiləri kampaniyasına start verilib
# 21 yanvar 2013 11:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Ermənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.

 

APA-nın erməni mediasına istinadən verdiyi məlumatına görə, prezident kürsüsü uğrunda 8 namizəd mübarizə aparacaq: indiki dövlət başçısı Serj Sarkisyan, keçmiş xarici işlər naziri Raffi Ovanisyan, keçmiş baş nazir Qrant Baqratyan, “ONS” partiyasının rəhbəri Paruyr Ayrikyan, “Milli həmrəylik” partiyanın rəhbəri Aram Arutyunyan, partiya mənsubiyyəti olmayan Arman Melikyan, Andrias Qukasyan və Vardan Sedrakyan.

 

Ölkənin Seçki Məcəlləsinə əsasən hər namizədə çıxış etmək üçün İctimai Televiziyada 60, İctimai Radioda isə 120 pulsuz dəqiqə ayrılacaq. Seçkiqabağı kampaniya fevralın 16-na qədər davam edəcək. Prezident seçkiləri fevralın 18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR