Bank Of Baku

Ermənistanda prezidentliyə namizəd başqa namizədləri seçki mübarizəsindən imtina etməyə çağırıb

Ermənistanda prezidentliyə namizəd başqa namizədləri seçki mübarizəsindən imtina etməyə çağırıb
# 22 yanvar 2013 20:19 (UTC +04:00)

Bakı-APA. Ermənistanın “Milli razılıq” partiyasının sədri, prezident seçkilərində namizəd Aram Arutyunyan seçkiqabağı kampaniyasından imtina edib. APA-nın «Armenia Today»ə istinadən verdiyi xəbərə görə, fevralın 7-də o birgünlük aclıq aksiyası elan edəcək və bu aksiyanı Mərkəzi Seçki Komitəsinin binası qarşısında keçirəcək. Fevralın 8-də isə o MSK-ya namizədliyinin geri götürülməsi barədə ərizə təqdim edəcək.   

 

Qeyd edək ki , A.Arutyunyan başqa namizədləri seçki mübarizəsindən imtina etməyə və Serj Sarqsyanı prezident seçkilərində tək qoymağa çağırıb. Onun sözlərinə görə, seçkilərdə hər bir halda rəqiblik olmayacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR