APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün axşam baş nazirin mətbuat katibi Arutyun Berberyan məlumat verib.
Onun sözlərinə görə, iyunun 24-də zəiflik hiss edən 53 yaşlı hökumət başçısı müayinə üçün “Nairi” tibbi mərkəzə çatdırılıb. Burada ona lazımi tibbi yardım göstərilib.
Hal-hazırda Tiqran Sarkisyan müalicəni həkimlərin nəzarəti altında ev şəraitində davam etdirir.