Bank Of Baku

Ermənistanın Böyük Britaniyadakı səfiri ölüb - FOTO

Ermənistanın Böyük Britaniyadakı səfiri ölüb   - <span style="color: red;">FOTO
# 06 dekabr 2012 11:58 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli - APA. Ermənistanın Böyük Britaniyadakı səfiri Karine Kazinyan bu gün ABŞ-ın Los-Anceles şəhərində cərrahiyyə əməliyyatından sonra ölüb.

 

APA-nın “Armtoday” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfir ABŞ-da müalicə alırdı.

 

Karine Kazinyan 1955-ci ilin yanvarın 8-də Yerevanda anadan olub. Bir vaxtlar SSRİ-nin Mozambik və Portuqaliya səfirliklərində, sonradan Ermənistanın Rumıniya və Almaniyadakı səfiri vəzifəsində çalışıb. 2009-2011-ci illərdə Ermənistanın xarici işlər nazirinin müavini olub, bundan sonra isə bu ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR