APA-nın “Joxovurd” qəzetinə istinadən xəbərinə görə, nazir oğlu bütün bədəninə sarıdığı narkotik maddəni sərhəddən keçirməyə cəhd edərkən Kapan şəhər polisinin əməkdaşları tərəfindən yaxalanıb.
Nazir ictimaiyyətin diqqətini cəlb etməmək və tənqiddən yayınmaq üçün məsələyə qarışmamağa çalışır. Nazirin mətbuat katibi isə hadisə barədə məlumatı olmadığını söyləyib: “Nazir məşğul idi, görüşləri vardı. Ona görə də yayılan xəbəri dəqiqləşdirə bilmədim”.
Eyni zamanda polis də hadisə ilə bağlı açıqlama yaymayıb.