Ermənistanın hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.
Bununla yanaşı o əminliklə bildirib ki, ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq.
Qeyd edək ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.