Bakı. Anaxanım Hidayətova-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün ABŞ-a səfər edəcək. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Nalbandyan Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.
Bundan başqa XİN başçısının ABŞ Konqresində, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışları nəzərdə tutulur. Edvard Nalbandyan ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri ilə də görüşəcək. Səfər iyunun 4-də başa çatacaq.