Bank Of Baku

Fransanın axtarışa verdiyi "qanuni oğru" Ermənistanda həbs olunub

Fransanın axtarışa verdiyi "qanuni oğru" Ermənistanda həbs olunub
# 29 oktyabr 2016 08:06 (UTC +04:00)

"Qanuni oğru" Merab Kalaşov Ermənistanda həbs olunub.

 

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, əslən yezidi kürdü olan Polşa vətəndaşı M. Kalaşov beynəlxalq axtarışda olub.

 

1975-ci il təvəllüdlü "qanuni oğru" çirkli pulların yuyulması və mütəşəkkil qrupun tərkibində müxtəlif oğurluqların törədilməsi ittihamları ilə 2015-ci ildə Fransa hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

 

Onun həbsi barədə İnterpolun Ermənistan bürosu məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR