APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin tarixdə Moskvada KTMT-ya üzv ölkələrin dövlət başçılarının növbəti toplantısı keçiriləcək. İclasın gündəliyinə digər məsələlərlə yanaşı Özbəkistanın qurumda fəaliyyətini dayandırmaq barədə müraciəti də daxil edilib. Qeyd edək ki, Özbəkistan bu barədə KTMT Katibliyinə müvafiq notanı iyunda göndərib.
Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir.