Bank Of Baku

Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb

Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb
# 05 mart 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Gürcüstan-Rusiya avtomobil yolu bağlanıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb hava şəraitinin kəskinləşməsidir.

 

“Rusiya-Gürcüstan sərhədində avtomobil yolu Moskva vaxtı ilə 19:30-dan etibarən xüsusi sərəncamadək bağlıdır”, deyə Şimali Osetiya üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, Gürcüstan-Rusiya avtomobil yolu mütəmadi olaraq əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanır. Son dəfə yol qar uçqunu nəticəsində bağlanmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR