Bank Of Baku

Gürcüstan KİV: “Ramilya Əliyeva Gürcüstan hökumətində Kaxa Kaladzeni əvəz edəcək”

Gürcüstan KİV: “Ramilya Əliyeva Gürcüstan hökumətində Kaxa Kaladzeni əvəz edəcək”
# 10 may 2013 17:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA.”Baş nazir Bidzina İvanişvili nazirliklərdən birinin rəhbəri vəzifəsinə milliyətcə azərbaycanlı olan Ramilya Əliyevanı təyin etməyi planlaşdırır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Praymer" informasiya agentliyinə “Gürcü Arzusu” koalisiyasından bildirilib. Agentliyin məlumatına əsasən, “Gürcüstanın Energetika və Təbii Resurslar naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilya Əliyeva onun yerinə keçəcək”.

 

Qeyd edək ki, Ramilya Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Hazırda R. Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR