Bank Of Baku

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri: “Abxaziya-Rusiya dəmiryolunun bərpası mövzusu bağlanıb”

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri: “Abxaziya-Rusiya dəmiryolunun bərpası mövzusu bağlanıb”
# 28 noyabr 2012 18:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Abxaziyadan keçməklə Rusiyaya gedən dəmiryolunun bərpa edilməsi mövzusu barədə reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bəyanat verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir Abxaziya tərəfinin dəmiryolun bərpasına maraq göstərmədiyini və bu məsələnin qapandığını bildirib.

 

“Abxaz tərəfi dəmiryolunun bərpasına əks çıxaraq, bu yolun onları maraqlandırmadığını bəyan edib. Bərpa ideyası meydana çıxanda, onlar bildirdilər ki, bu məsələ Abxaziya üçün maraqlı deyil, buna görə də məsələ bağlanıb”, deyə dövlət naziri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR