Bank Of Baku

Gürcüstanda parlamentin binasına partlayıcı qurğunun qoyulması barədə məlumat yayılıb

Gürcüstanda parlamentin binasına partlayıcı qurğunun qoyulması barədə məlumat yayılıb
# 27 iyul 2013 09:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Gürcüstan polisi dünən ölkə parlamentinin binasında partlayıcı qurğunun qoyulması barədə anonim zəng edən şəxsi saxlayıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxs Kutaisi şəhərinin Omar adlı 71 yaşlı sakini olub.

 

Tiflisdə parlament binasının yerləşdiyi əraziyə gələn DİN əməkdaşları və sapyorlar heç bir təhlükəli əşya aşkarlamayıblar. Polisə zəng  edərək yanlış məlumat verən şəxsə qarşı Gürcüstan Cinayət Məcəllənin 331-ci maddəsi (terrakt barədə yanlış məlumat) üzrə cinayət işi açılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR