Bakı. Anaxanım Hidayətova – APA. Hər il Ermənistanı 30 min insan tərk edir və bir daha geri qayıtmır ki, bu da bütün əhalinin 1%-ni təşkil edir. APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu demoqraf Ruben Yeganyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
İlahiyyatçı Vardan Xaçatryan isə bunun iki səbəbinin olduğunu bildirib: “Xalq ədalətsizliklərdən bezib və əhalinin gəlirləri qütbləşib”.