Bank Of Baku

Həştərxanda baş verən yanğın zamanı üç uşaq həlak olub

Həştərxanda baş verən yanğın zamanı üç uşaq həlak olub
# 02 yanvar 2014 09:19 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Həştərxan şəhərinin Leninsk rayonunda yanvarın 2-nə keçən gecə yanğın baş verib, nəticədə üç uşaq həlak olub.

 

APA-nın xəbərinə görə, bu barədə Həştərxan vilayəti FHN Baş İdarəsi məlumat yayıb.

 

Məlumata əsasən, birmərtəbəli yaşayış binasında baş verən yanğın 80 kv. metr sahəni əhatə edib. Yanğının səbəbi hələlik bilinmir.

 

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü qız, 2001 və 2007-ci ildə dünyaya gələn iki oğlan həlak olub. Bir uşaq isə xilas edilib. FHN-in məlumatına görə, yanğın ev sahibləri evi tərk etdikdən sonra olub.

 

Qeyd edək ki, dekabrın 29-da Həştərxan vilayətində daha bir yanğın hadisəsi olub, nəticədə bir qadın və onun üç uşağı həlak olub. Yanğına qızdırıcı cihazda olan nasazlıq səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR