Bank Of Baku

Heydər Camal Almatıda dəfn olunub

Heydər Camal Almatıda dəfn olunub
# 06 dekabr 2016 10:16 (UTC +04:00)

Rusiya İslam Komitəsinin sədri, ictimai xadim, ilahiyyatçı və filosof Heydər Camal bu gün Qazaxıstanın Almatı şəhərində torpağa tapşırılıb.

 

APA-nın məlumatına görə bu barədə komitənin “V Kontakte” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

 

Mərhumla vidalaşmaq üçün onlarla insan Almatının Bağanaşıl qəbiristanlığına toplaşıb.

 

Mərasim müsəlman adət-ənənələri ilə baş tutub. Yerli hakimiyyət orqanlarının əməkdaşları, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri mərasimdə iştirak etməyib.

 

Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Cahid Camal, anası isə rus İrina Şapovalovadır.

 

Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

 

Heydər Camal bir neçə kitabın müəllifidir.

 

O, dünən müalicə olunduğu Almatı şəhərində vəfat edib.

 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR