Bank Of Baku

İlin əvvəlindən Poroşenko və Putin arasında dörd telefon danışığı olub

İlin əvvəlindən Poroşenko və Putin arasında dörd telefon danışığı olub
# 02 mart 2017 01:39 (UTC +04:00)

İlin əvvəlindən Ukrayna prezidenti Petro Poroşenko ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında dörd telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti yazıb.

 

Hər iki ölkənin diplomatik mənbələrinə istinad edən qəzet yazır ki, dövlət başçıları sonuncu dəfə fevralın 21-də, Ukrayna tərəfinin təşəbbüsü ilə söhbət aparıblar. Telefon bağlantısının 20 dəqiqə davam etdiyi bildirilir.

 

Bundan əvvəl isə tərəflər fevralın 11-də, Sloveniya prezidenti Borut Paxorun Moskvaya səfərindən bir gün sonra telefonla danışıblar. Xatırladaq ki, fevralın 12-də B.Paxor Kiyevə səfər edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR