Bank Of Baku

İranın Rusiyadakı səfiri: ““Altılıq” ölkələri növbəti nüvə müzakirələrinin keçirilməsi üçün ölkəmizdəki prezident seçkilərini gözləyirlər”

İranın Rusiyadakı səfiri: ““Altılıq” ölkələri növbəti nüvə müzakirələrinin keçirilməsi üçün ölkəmizdəki prezident seçkilərini gözləyirlər”
# 21 may 2013 00:18 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ““Altılıq” ölkələri İranın nüvə proqramı ilə bağlı növbəti nüvə müzakirələrinin keçirilməsi üçün hələlik bizə bir tarix təklif etməyiblər”. APA-nın məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi deyib.

 

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti görüşün vaxtı hələ təyin edilməyib: ““Düşünürəm ki, “altılıq” ölkələri növbəti nüvə müzakirələrinin keçirilməsi üçün İranda prezident seçkilərinin baş tutmasını gözləyirlər. Məlum olduğu kimi, yaxın günlərdə Türkiyənin İstanbul şəhərində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton görüşdü. Biz qarşı tərəfin növbəti görüşün keçirilməsi üçün bir tarix təklif edəcəyini. Lakin gözlədiyimiz olmadı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR