Moskva. Fərid Əkbərov - APA. “İran üzərindən sanksiyaların götürülməsi neftin qiymətinə təsir etməyəcək”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Rusiya Federasiyasındakı səfiri Mehdi Sənai deyib.
“Neftin qiyməti indiyə kimi digər faktorların təsiri altında ucuzlaşıb. İran da neftin qiymətinin ucuzlaşmasına görə məruz qaldığı zərərlərə dözür. Məhdudiyyətlərin aradan qaldırılması ilə İranın neft bazarına daxil olması tədricən və ehtiyatlı olacaq”, - deyə diplomat bildirib.
Səfir qeyd edib ki, İran Rusiya ilə iqtisadi və bank əməkdaşlığının gücləndirilməsində, qarşılıqlı hesablaşmalarda rubl və rialdan istifadə üçün birgə hesabların və bankların açılmasına maraqlıdır: “Ümid edirəm ki, Rusiyanın Mərkəzi Bankı İranın təşəbbüslərinə cavab olaraq ciddi addımlar atacaq”.