APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası 56 seçki dairəsindən əldə olunan məlumatlara görə, hakim Respublika Partiyasının 60 faiz səs topladığını bəyan edib. Səsvermə hüququna malik olan seçicilərin 18,31 faizi “Çiçəklənən Ermənistan” partiyasının, 8,44 faizi “Salam, İrəvan” alyansının, 4,55 faizi Erməni Ümummilli Konqresinin, 4,11 faizi isə “Daşnaksütyun” Partiyasının namizədlər siyahısına səs veriblər. “Orinaç Erkir” 3,78, “Arakelutyun” isə 0,73 faiz səs toplayıb. Müxalifət seçkilərin çoxsaylı qanun pozuntuları ilə müşayiət olunduğunu bildirir. “Salam, İrəvan” blokunun mətbuat katibi David Sanasaryan hakim Respublika Partiyasının və “Çiçəklənən Ermənistan” partiyasının məntəqələrin qarşısında seçicilərə pul payladığını bəyan edib. Seçkilərdə bir gün əvvəl hakim partiyanın təmsilçiləri seçicilərə 10 min dram rüşvət təklif edirdilər, bu gün isə seçicilər “Çiçəklənən Ermənistan” partiyasından pul almağa hazırlaşırlar”.