Bakı. Şamil Əlibəyli - APA. Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində İrəvan metrosunda partlayıcı qurğunun tapılması barədə məlumat yayılıb.
APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan FHN-ə daxil olan məlumatda bildirilir ki, partlayıcı qurğu Prezident Administrasiyası qarşısında yerləşən “Marşal Baqramyan” metro stansiyasında qoyulub.
Hadisə yerinə Ermənistan FHN-in iki briqadası gələrək, araşdırma aparıb. Nəticədə daxil olan məlumatın yalan olduğu müəyyənləşib.