Bakı. Anaxanım Hidayətova - APA. İrəvanda “Sibir xorası”na yoluxma hadisəsi qeydə alınıb.
APA-nın Ermənistan KİV-nə istinadən xəbərinə görə, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərindən bildirilib ki, buna yoluxmuş ətdən istifadə edilməsi səbəb olub.
Ermənistan Səhiyyə Nazirliyinin həyata keçirdiyi preventiv tədbirlər nəticəsində xəstəliyin diaqnostikası təşkil edilib və yoluxmuş ət müsadirə olunub.