Bank Of Baku

İrəvanda 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyasından 8 il keçir

İrəvanda 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyasından 8 il keçir
# 01 mart 2016 08:43 (UTC +04:00)

Bakı - APA. Ermənistanın paytaxtı İrəvanda 10 nəfərin öldürülməsi ilə nəticələnən etiraz aksiyasından 8 il keçir.

 

APA-nın məlumatına görə, 2008-ci ilin fevralın 19-da keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını bildirən müxalifət fevralın 21-dən paytaxtda etiraz aksiyalarına başlayıb. Aksiyalara Ermənistanın ilk prezidenti və prezidentliyə namizəd Levon Ter-Petrosyan başçılıq edib.

 

Martın 1-də hüquq-mühafizə orqanları mitinqçilərin qurduğu çadır şəhərciyini dağıdıb. Aktiv mitinqçilərin kütləvi həbsi başlayıb. Toqquşma zamanı 8 nümayişçi öldürülüb. Hadisələrdə 2 polis əməkdaşının da öldüyü bildirilir. Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub.

 

Xatırladaq ki, həmin seçkilərdə Ermənistanın indiki prezidenti Sej Sarkisyanın qalib gəldiyi açıqlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR