Bank Of Baku

İrəvanda Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin komandirinə qarşı cinayət işi başlanıb

İrəvanda Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin komandirinə qarşı cinayət işi başlanıb
# 10 iyul 2013 00:57 (UTC +04:00)

 APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistan baş prokurorunun müşaviri Sona Truzyan açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, ittiham Ermənistan Cinayət Məcəlləsinin 137.1 maddəsi üzrə (qətl yetirməyə cəhd, sağlamlığa ağır xəsarət və ya əmlakın məhv edilməsi)  irəli sürülüb.  Artak Budaqyanın barəsində başqa yerə getməmək haqqında qəti-imkan tədbiri seçilib.  

 

Xatırladaq ki, iyunun 2-də gecə saatlarında  Ermənistanın Sünik vilayətinin artıq keçmiş qubernatorunun evi qarşısında silahlı insident baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Atışmada Artak Budaqyanın qardaşı, Qoris şəhərinin meri postuna keçmiş namizəd Avo Budaqyan ölub. Məlumata görə, silahlı qarşıdurmada güllə yarası alan Artak Budaqyan Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağda yerləşən hərbi hissələrindən birinin komandiridir.

 

İyunun 6-da hökumət Sünik vilayətinin qubernatoru Suren Xaçatryanın istefasını qəbul edib. Onun oğlu və bir canğüdəni hal-hazırda həbsdədir.    

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR