Bank Of Baku

İrəvanda Hərbi Komissarlığın şöbə rəisi və inspektoru rüşvət alarkən həbs edilib

İrəvanda Hərbi Komissarlığın şöbə rəisi və inspektoru rüşvət alarkən həbs edilib
# 06 iyun 2013 15:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrəvanın Maştotsk rayon Hərbi Komissarlığının çağırış şöbəsinin rəisi, mayor Artaşes Arşakyan və həmin şöbənin inspektoru Qayane Ayrapetyan rüşvət alarkən həbs edilib.

 

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, A.Arşakyan vətəndaşdan hərbi qeydiyyat haqqında arayış və hərbi bilet verilməsi üçün Q.Ayrapetyan vasitəsilə 1000 dollar rüşvət tələb edərək alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR