Bakı-APA. Bostonda marafonda terror aktı törətməkdə ittiham olunan Tsarnayev qardaşlarının cinayət ortaqları olmayıb və onlar dini baxışlarına görə belə hərəkət ediblər. APA-nın məlumatına görə, bu işi aparan müstəntiqlər belə qənaətdədirlər.
Boston marafonunda törədilmiş terror aktı nəticəsində 3 nəfər həlak olub, 200-dək insan isə yaralanıb. Hadisəni törətməkdə Tamerlan və Cövhər Tsarnayev qardaşları ittiham olunurlar. Polislə atışma nəticəsində Tamerlan Tsarnayev öldürülüb, Cövhər Tsarnayev isə yaralıdır.