Bakı. Şamil Əlibəyli – APA. İsveçrə 2013-2016 illəri əhatə edəcək Cənubi Qafqaz regionunda əməkdaşlıq proqramı çərçivəsində Ermənistana 31.5 milyon dollar ayıracaq. APA-nın “ARKA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə əməkdaşlıq ofisin Cənubi Qafqaz ofisin rəhbəri Rudolf Kox bildirib.
Büdcə planına uyğun olaraq, bütün regiona müxtəlif proqramların icrasına təxminən 120 milyon dollar ayrılacaq: “Onlardan 30 milyon dollar Ermənistana, 30 milyon dollar Azərbaycana və 40 milyon dollar Gürcüstana ayrılacaq. Qalan pullar isə regiondakı ümumi proqramlar üçün sərf olunacaq”.
R. Kox əlavə edib ki, əməkdaşlıq strategiyası çərçivəsində nəzərdə tutulan vəsaitlər region ölkələrin iqtisadiyyatın inkişafına, yerli idarəetmən institutların inkişafına, insan haqların müdafiəsinə və regionda mövcud olan münaqişələrin həllinə yönələcək.