Bank Of Baku

İtkin düşmüş rusiyalı tələbə Türkiyə-Suriya sərhədində saxlanılıb

İtkin düşmüş rusiyalı tələbə Türkiyə-Suriya sərhədində saxlanılıb
# 05 iyun 2015 12:00 (UTC +04:00)

Baku. Faiq Mahmudov - APA. Moskva Dövlət Universitetinin itkin düşmüş tələbəsi Varvara Karaulova Türkiyə-Suriya sərhədində yerləşən Kilis şəhərində saxlanılıb.

 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın Ankaradakı səfirliyindəki mənbə bildirib ki, V. Karaulova dünən qeyri-qanuni yolla Suriyaya keçməyə cəhd edərkən saxlanılıb.

 

“Yaxın zamanda o, Rusiyaya deportasiya olunmaq üçün Türkiyə Miqrasiya xidmətinə təhvil veriləcək”, - deyə mənbə bildirib.

 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi V. Karaulovanın qeyri-qanuni silahlı birləşmədə iştirakla bağlı materialları toplayıb istintaqa vermək niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR