APA-nın məlumatına görə, bu barədə Ermənistanın Milli Azlıqların məsələləri üzrə İctimai Şurasının üzvü, Ermənistanda yaşayan rusiyalı həmvətənlərə kömək və dəstək Fondunun icraçı direktoru İvan Semyonov bildirib.
“Ermənistanın ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlərə əsasən, milli azlıqlara məxsus şəxslərin söhbət zamanı və ictimai yerlərdə öz dillərindən sərbəst, şifahi və yazılı şəkildə istifadə etmək hüququ var. Lakin Ermənistanda bu sənədlərin müddəa və prinsipləri yalnız məhdud sayda insana məlumdur və ictimai, təhsil və inzibati işlərdə istifadə olunmur”.
İvan Semyonov milli azlıqlara doğum şəhadətnaməsinin erməni dilinin qaydalarına uyğun verildiyini, bu zaman milli azlıqların dil qaydalarının nəzərə alınmadığını tənqid edib.