Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Neftin mövcud qiymətləri, o cümlədən zəruri islahatların aparılmaması şəraitində Rusiya iqtisadiyyatı 15 il durğunluq yaşayacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti yazır.
Bildirilir ki, Rusiya iqtisadiyyatının dərin struktur islahatlara ehtiyacı var.
"Maliyyə Nazirliyinin hesablamalarına görə, 2030-cu ilə qədər neftin 1 barelinin qiyməti real ifadədə 40 dolları ötməyəcək. Nazirliyin başqa bir hesablamasına görə, ölkə iqtisadiyyatı bu il 0,8% azalacaq, 2017-ci ildə artımı bərpa edəcək və yalnız 2020-ci ilə 2014-cü ilin səviyyəsinə qayıdacaq", - nəşr yazır.