APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko “Twitter” səhifəsində yazıb.
“Poroşenko: Ukrayna və Rusiya sərhədçilər və baş qərargah rəhbərləri arasında sərhədin bağlanmasına dair məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər”, deyə mətbuat katibi bildirib.
Bundan əvvəl Minskdə Ukrayna və Rusiya prezidentləri arasında təkbətək görüş keçirilib.