APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi məlumata görə, alovun hündürlüyü 50 metrə çatır.
Hadisə yerində 100-dək yanğınsöndürənin işlədiyi bildirilir.
Qeyd edək ki, neft bazası ərazisində 800 kubmetrlik iki sistern partlayıb. Yanğın zamanı xəsarət alanların sayı 18-ə çatıb.