Bank Of Baku

Kiyev yaxınlığındakı neft bazasında yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Kiyev yaxınlığındakı neft bazasında yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb
# 09 iyun 2015 22:36 (UTC +04:00)

Bakı-APA. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (UFHDX) məlumatında bildirilir ki, iyunun 8-i axşam saatlarından Kiyev yaxınlığındakı neft bazasında başlayan yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb.  

  

“Hazırda UFHDX-nın 6 əməkdaşı müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğın nəticəsində, ümumilikdə, 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb”, deyə UFHDX-nın məlumatında bildirilir.

 

Məlumata görə, iyunun 9-da səhər saatlarında yanan neft bazasında partlayış nəticəsində itkin düşən 3 yanğınsöndürənin meyiti aşkarlanıb. Meyitlər çıxarıldıqdan sonra yanğının söndürülməsi üçün köpükdən istifadə edilməyə başlanılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR