Bank Of Baku

Kiyevdə atışma nəticəsində 6 nəfər yaralanıb

Kiyevdə atışma nəticəsində 6 nəfər yaralanıb
# 14 dekabr 2017 01:17 (UTC +04:00)

Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insident şəhərin Vasilkovski küçəsində  qeydə alınıb.

 

Məlumata əsasən bir qrup şəxs arasında baş verən dava atışma ilə bitib. Travmatik silahdan açılan atəş nəticəsində iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan daha 4-ü gözyaşardıcı qazdan zəhərlənib.

 

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR