Bank Of Baku

Kiyevdə etiraz aksiyası keçirilir

Kiyevdə etiraz aksiyası keçirilir
# 19 fevral 2017 17:21 (UTC +04:00)

Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər.

 

Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.

 

Qeyd edək ki, ötən gün Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR