Bank Of Baku

Kizlər yaxınlığında “Hizb-ut-Təhrir” ekstremist təşkilatının 12 üzvü saxlanılıb

Kizlər yaxınlığında “Hizb-ut-Təhrir” ekstremist təşkilatının 12 üzvü saxlanılıb
# 27 aprel 2013 18:00 (UTC +04:00)

Bakı-APA. Dağıstanda “Hizb-ut-Təhrir” ekstremist təşkilatının üzvlərinin avtomobil karvanı Kizlər şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qadağan olunmuş təşkilatın 12 üzvü saxlanılaraq polis bölməsinə aparılıb.

 

“Kizlərin girişində “Hizb-ut-Təhrir” ekstremist təşkilatının üzvlərinə məxsus 25 avtomobildən ibarət karvanın şəhərə daxil olmasının qarşısı alınıb. Əllərində təşkilatın bayraqları olan bu şəxslər şəhərin mərkəzində icazəsiz tədbir keçirmək niyyətində olub”, deyə Dağıstan DİN-in məlumatında bildirilir.      

 

Nazirliyin açıqlamasında qeyd olunur ki, təşkilatın 12 üzvü saxlanılaraq polis bölməsinə aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR