Bank Of Baku

Kreml tatar dilinə status verilməsi təklifinə baxmır

Kreml tatar dilinə status verilməsi təklifinə baxmır
# 12 dekabr 2017 11:20 (UTC +04:00)

Kreml tatar dilinə Rusiyada ikinci dövlət dili statusu verilməsi təklifinə reaksiya verib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tatar dilinə ikinci dövlət dili statusu verilməsi məsələsinin Kremldə müzakirə olunmadığını söyləyib: "Hazırda gündəmdə belə məsələ yoxdur".
 
Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib. Müraciət müəllifləri kiçik xalqların dilləri ilə bağlı aparılan bugunki siyasətin ciddi narahatlıq doğurduğunu, Tatarıstan məktəblərində tatar dilinin tədrisi saatlarının azaldılmasının isə respublikada rus və tatar xalqları arasında olan bərabərliyə ziyan vuracağını vurğulayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR