APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu S.Aksyonov Krım Nazirlər Şurasının toplantısında deyib.
Yerli güc strukturlarının adi qaydada işlədiyini deyən baş nazir muxtar respublikadakı durumun nəzarət altında olduğunu vurğulayıb. O qeyd edib ki, muxtar respublikanın strateji obyektlərinin mühafizəsi üçün rusiyalı hərbçilərlə əməkdaşlıq edilir.
“Birgə qruplar işləyir. Əminəm ki, onlar ictimai əsayişin qorunması ilə bağlı verilən tapşırığı yerinə yetirəcək”, - deyə o vurğulayıb.