Bank Of Baku

Krım tatarları liderinin oğlu qətl törətməkdə şübhəli bilinərək həbs olunub

Krım tatarları liderinin oğlu qətl törətməkdə şübhəli bilinərək həbs olunub
# 28 may 2013 22:52 (UTC +04:00)

Bakı-APA. Simferopolun Kiyev rayon məhkəməsi mayın 29-u iki ay müddətinə qətl törətməkdə şübhəli bilinən Haysər Cəmilevi həbs edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Haysər Cəmilev həbsdə iyulun 25-dək qalacaq.

 

Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilevin oğlu Baxçasaray şəhər sakinini ov tüfəngindən  qətlə yetirməkdə şübhəli bilinir. Hadisə deputatın oğlu yaşadığı evdə baş verib. Atəş açılan zaman o evin ikinci mərtəbəsində, ölən şəxs isə evin qarşısındakı bağda olub.

 

Haysər Cəmilevin qohumları iddia edirlər ki, o qətli silahla oynayarkən: yaxud onu təmizləyərkən ehtiyatsızlıqdan törədib.  

   

İstintaqın hansı versiya üzərində dayandığı barədə xəbər yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR